Sürücülərin nəzərinə: bu yol 1 günlük bağlanır

Sürücülərin nəzərinə: bu yol 1 günlük bağlanır
SOSİAL
19:51 14.01.2019
7615
Sumqayıt - H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq sabah sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq.

Bu barədə AZXEBER.COM-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR