Sürücülərin nəzərinə: bu yol 2 günlük bağlı olacaq

Sürücülərin nəzərinə: bu yol 2 günlük bağlı olacaq
SOSİAL
15:16 30.11.2017
1114
Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq noyabrın 30-dan dekabrın 1-ə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəbəsindən "4 yol” deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
"Azəravtoyol” ASC-dən AZXEBER.COM-a verilən məlumata görə, sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni dekabrın 1-dən 3-dək olacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.
"Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş edir.

OXŞAR XƏBƏRLƏR