Sürücülərin NƏZƏRİNƏ! - Bu yol bağlanacaq - VİDEO

Sürücülərin NƏZƏRİNƏ! - Bu yol bağlanacaq - VİDEO
SOSİAL
09:07 31.05.2022
280
Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran-Prisi ilə bağlı iyun ayının 6-dan etibarən Azneft dairəsi bağlanacaq.

AZXEBER.COM xəbər verir ki, bu müddət ərzində sürücülər alternativ yollardan istifadə edə biləcəklər.

Qeyd edək ki, yarış ilə bağlı tamamlanma işləri yekunlaşıb. Ərazidə tamaşaçılar üçün 9 tribuna quraşdırılıb ki, onlardan ən irisi "Abşeron" adlanır.

"Formula 1" Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.
 

OXŞAR XƏBƏRLƏR