Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılacaq
SOSİAL
14:49 13.06.2018
4453
İyunun 16-dan etibarən Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi hissəsində hər iki istiqamət üzrə asfalt-beton örtüyünün yenilənməsi işlərinə başlanılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, bu səbəbdən yolun sözügedən hissəsində işlər aparılan zolaqlar üzrə yol bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq ediləcək.

OXŞAR XƏBƏRLƏR