Sürücülərin NƏZƏRİNƏ: Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılır

Sürücülərin NƏZƏRİNƏ: Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılır
DÜNYA
21:40 12.05.2022
483
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yaydığı məlumata görə, bununla əlaqədar hərəkət iştiakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələri xahiş olunub.

Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edib.
OXŞAR XƏBƏRLƏR