Sürücülərin nəzərinə:- Yollar bağlanır

SOSİAL
18:10 31.05.2016
1535
Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yolgöstərici xətlərin, həmçinin piyada keçidlərinin (zolaqlar) yenidən rənglənməsi işləri davam etdirilir.
"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən Milli.Az-a verilən məlumata görə, bu çərçivədə axşam saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində rənglənmə işləri aparılacaq. Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR