Sürücülük vəsiqələri ilə bağlı yenilik gözlənilir

Sürücülük vəsiqələri ilə bağlı yenilik gözlənilir
SOSİAL
23:55 06.04.2023
663
"Sürücülük vəsiqələri sınaq müddəti çərçivəsində veriləcək və sürücü bu mərhələdən uğurla keçməsə də qısa müddətdə ərzində kobud qayda pozuntusuna yol versə onun idarə etmə hüququ məhdudlaşdırılacaq".

Bu sözləri "Operativ Media”ya açıqlamasında yol nəqiliyyat eksperti Elməddin Muradlı deyib.

O qeyd edib ki, sürücü üçün bir çox tələblər ortaya qoyulacaq, psixoloji müayinələrə göndəriləcək:

"Azərbaycan Respublikasının qanunvericiliyində təcrübəsiz sürücülər üçün "Yol Hərəkəti Haqqında” qanunda "təcrübəsiz sürücu” nişanı var,  təssüflər olsun ki, bir çox  sürücünün bu nişandan xəbəri yoxdur. Belədir ki, sürücü olmaq istəyən şəxs təlim mərkəzinə getməlidir və nəzəri təcrübə biliklərini artırdıqdan sonra imtahan verməlidir.

Bu proseslər bitdikdən sonra sürücü qanunvericiliyə əsasən sürücülük vəsiqəsi əldə edir və idarə etmə qabiliyyətinə malik olur.

Məndə olan məlumata görə, təcrübəsiz sürücülərin sınaq mərhələsi  layihəsi təşkil  olunacaq. "Yəni sürücülük vəsiqəsini aldım, artıq istədiyim formada avtomobil idarə edə bilərəm”  fikiri olmayacaq. Sürücülük vəsiqələri sınaq müddəti çərçivəsində veriləcək və sürücü bu mərhələdən uğurla keçməsə, qısa müddət ərzində kobud qayda pozuntusuna yol versə, onun idarə etmə hüququ məhdudlaşdırılacaq. Sürücü üçün bir çox tələblər ortaya qoyulacaq, psixoloji müayinələrə göndəriləcək.

Qeyd etmək istəyirəm ki, bu vəsiqə adi kağız parçası deyil, onu qorumaq lazımdır. Sürücü o zaman idarə etmə hüququndan uzaqlaşdırıla bilər ki, dəfələrlə yol qəzası  törətsin, bir neçə şəxsin ölümünə səbəb olsun, 10 ildən çox məhkumluq həyatı yaşasın. Buna da təbii ki,  məhkəmə  qərar verə bilər.

Yol hərəkəti qaydalarına əsasən, yeni sürücülərin idarə etmə bacarıqları olmadığı tədqirdə müəyən  məhdudiyyətlər tətbiq olunacaq.

 Əks halda bir il idarəetmədən uzaqlaşdırılacaq, bir neçə proses keçdikdən sonra yenidən imtahan verəcək. Bu, sürücüləri bir növ daha diqqətli olmağa məcbur edir. Almaniya təcrübəsində gözəl bir qayda var, bəzi ölkələrdə bu qaydanı tətbiq edir.

Qırmızı işıqdan 2 dəfə keçən insanı pisxoloq yanına göndərirlər ki, o insan normal deyil, amma bizdə hər kəs qırmızı işıqdan asanlıqla keçə bilir, bu taksi olsun istər motosiklet, velosiped sürücüsü qırmızı işığı saymırlar. İrad bildirəndə də deyirlər "nə olsun qırmızı işıqdır da, sağı, solu gözlədim, keçdim".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb