Sürücünü tapança ilə hədələyən şəxslə bağlı yeni xəbər - Kimliyi bilindi

TOP4
12:15 21.08.2017
3664

Binəqədi Rayon Polis Bölməsinin əməkdaşları Bakıda avtobus sürücüsünü tapança ilə hədələyən sərnişinin kimliyini müəyyənləşdiriblər.

Videoda görünən sərnişin 1988-ci il təvəllüdlü Bərdə sakini Orucov Orxan Cəmil oğludur.

Məlum olub ki, Orucov həmçinin müxtəlif şəxslərə borclu olduğu üçün də polis tərəfindən axtarılır. Hazırda onun saxlanılması və məsuliyyətə cəlb edilməsi üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 85 saylı avtobusa daxil olan sərnişin sürücüyə öz iradlarını bildirərək, onu tapança və ya tapançaya bənzər əşya ilə hədələyib.

OXŞAR XƏBƏRLƏR