Sürücüsüz taksi erası başlayır: Azərbaycanda qanunlar dəyişir

Sürücüsüz taksi erası başlayır: Azərbaycanda qanunlar dəyişir
SOSİAL
20:46 05.06.2026
294
Sürücüsüz avtomobillər və taksilər artıq dünyanın bir sıra ölkələrində sınaq və məhdud kommersiya istifadəsi mərhələsinə keçib. Bəs texnologiyanın sürətli inkişafı fonunda gələcəkdə Azərbaycanda da sürücüsüz taksi xidmətlərinin tətbiqi nə dərəcədə real görünür?

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, bunun üçün ilk növbədə texniki məsələlərlə yanaşı hüquqi baza, təhlükəsizlik standartları, sığorta mexanizmləri və məsuliyyət rejimi dəqiq müəyyən edilməlidir.

"Bu gün dünyada da ən çox verilən suallardan biri də budur ki, sürücüsüz avtomobil qayda pozarsa və ya qəza törədərsə, məsuliyyəti kim daşıyacaq? Beynəlxalq təcrübə göstərir ki, tam avtonom rejimdə işləyən nəqliyyat vasitələrində məsuliyyətin yalnız operatorun üzərinə qoyulması düzgün yanaşma hesab edilmir. Böyük Britaniya, Almaniya və digər ölkələrdə formalaşan yanaşmaya görə, məsuliyyət hadisənin səbəbindən asılı olaraq avtomobilin istismarçısı, proqram təminatını hazırlayan şirkət, istehsalçı və ya sığortaçı arasında bölüşdürülür. Əgər qəza avtonom idarəetmə sistemi və ya proqram təminatındakı xəta nəticəsində baş veribsə, əsas məsuliyyət həmin sistemi istismar edən və ya təqdim edən qurumun üzərinə düşür. Operator isə yalnız öz vəzifələrini yerinə yetirmədiyi və ya təhlükəsizlik prosedurlarını pozduğu hallarda məsuliyyət daşıya bilər".

Deputatın fikrincə, ümumilikdə, sürücüsüz nəqliyyat vasitələrinin tətbiqi yol təhlükəsizliyinin artırılması, nəqliyyatın daha səmərəli təşkili və rəqəmsal iqtisadiyyatın inkişafı baxımından mühüm perspektivlər açır. Lakin bu texnologiyaların tətbiqi ilə paralel olaraq, məsuliyyət, sığorta, kibertəhlükəsizlik və məlumatların qorunması sahələrində də müasir hüquqi çərçivənin yaradılması vacibdir.

"Azərbaycan qanunvericiliyində edilən dəyişikliklər ilk və mühüm addımlardır. Hesab edirəm ki, bunum davamı olaraq digər qanunlara fa müvafiq dəyişikliklər ediləcəkdir", - deyə o, əlavə edib.
OXŞAR XƏBƏRLƏR