Sürüşmə kütləsinin ölçüləri arta bilər, çatlar yaranıb - Nazirlik son məlumatı açıqladı

Sürüşmə kütləsinin ölçüləri arta bilər, çatlar yaranıb - Nazirlik son məlumatı açıqladı
SOSİAL
22:06 16.10.2018
3793
Badamdardakı sürüşmə zonasında aktivlik davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, saat 21:00-a olan monitorinqlərin nəticələrinə əsasən, sürüşmə kütləsinin həm cənub, həm də şimal hissəsində torpaq qatının kənarlarında xırda çatlar əmələ gəlib.

"Sürüşmə kütləsinin həm cənub, həm də şimal hissəsində torpaq qatının kənarlarında xırda çatlar müşahidə edilib və bu da sürüşmə kütləsinin ölçülərinin artması ilə müşayət oluna bilər", - deyə məlumatda bildirilir.
OXŞAR XƏBƏRLƏR