TV8-də yayımlanan "Survivor All Star”da Yunus Emre ilə Aleyna arasındakı yaxınlıq izləyicilərin diqqətindən yayınmayıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu vəziyyətdən narahat olan və həyat yoldaşına "Aleynadan uzaq dur” xəbərdarlığı edən Beria Özdendən yeni addım gəlib.
Bu yaxınlarda həyat yoldaşına hamiləlik müjdəsini verən və körpəsini qısa müddət sonra itirən Beria Özden həyat yoldaşının onun xəbərdarlıqlarına qulaq asmamasına əsəbiləşib.
Son bölümdə həyat yoldaşı və Aleynanı yaxından görən Beria Özden həm həyat yoldaşı ilə şəklini, həm də Yunus Emrenin baş hərflərini İnstaqram profilindən silib.
Gülay