"Survivor All Star" yarışmasında keçmiş çempion Adəm Kılıçcı Acun Ilıcalının təklifi ilə razılaşa bilməyib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avatar Atakan, Sema və Hilmicem-in qatıldığı yarışmada bütün gözlər keçmiş çempion Adem Kılıççıya yönəlib.
Yayılan məlumata görə, Acun Ilıcalı Kılıççıya proqrama qatılmasını təklif edib, lakin onun tələblərinə görə razılaşa bilmədikləri iddia edilib.
Təklif qarşılığında Kılıçcı Ilıcalıya iki şərt irəli sürüb.
Keçmiş iştirakçının ayda 350 min TL (19 min AZN) və 20 milyon TL-lik ev istədiyi bildirilir.
Günel