“Survivor”un keçmiş iştirakçısı xərçəngə yoluxdu – FOTO

“Survivor”un keçmiş iştirakçısı xərçəngə yoluxdu – FOTO
MAQAZİN
00:06 17.01.2023
743

"Survivor”dakı uğurları ilə tanınan Nagihan Karaderenin 1 aydır xərçənglə mübarizə apardığı məlum olub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Nagihan özü türkiyəli jurnalist Bilal Özcana məlumat verib.

Belə ki, "Survivor Panorama”da Acun Ilıcalının "Nagihan hansı xüsusiyyəti ilə yarışmada birinci olacaqdı?" sözlərindən sonra Nagihan Karadereyə zəng edən jurnalist Bilal Özcan sarsıdıcı xəbəri öyrənib.

Karadere Özcana açıqlamasında Acun Ilıcalının açıqlamasına çox üzüldüyünü bildirib və bir ay əvvəl ona xərçəng diaqnozu qoyulduğunu deyib. Xəstəliyindən danışan Nagihan "Zəhmətimə yazığım gəldi, incidim. Öz dərdimə düşdüm. Necə ağrıdığımı izah edə bilmirəm. 1 ay əvvəl xərçəng xəstəsi olduğumu öyrəndim. Saatlarla ağladım. Hətta ailəmin də xəstəliyimdən xəbəri yox idi, yenicə öyrəndilər, bu gün anama dedim. Mənim üçün dua edin”, - deyə bildirib.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR