"Survivor 2020" çempionu Cemal Can Canseven ekranlara geri qayıdır.
AZXEBER.COM xəbər verir ki, bu barədə Canseven sosial media hesabında paylaşım edib.
Star TV-də nümayiş olunacaq "Patlat Kazan" adlı yarışmanı Cemal Can Canseven təqdim edəcək.
Cansevenin əyləncəli təqdimatı ilə yayımlanacaq yarışmada 22 iştirakçı 500 min TL qazanmaq üçün var gücü ilə mübarizə aparacaq. "Patlat Kazan" bayramdan sonra Star TV-də olacaq.
Həftədə 2 gün yayımlanması planlaşdırılan yarışın günləri hələ dəqiqləşməyib.
Yarışmanın tanıtım videosunu İnstaqram hesabında paylaşan Cemal Can Canseven rəy yazıb:
"Bu yay birlikdə əylənəcəyik və qalib gələcəyik. Çox yaxında Star TV-də "Patlat Kazan" başlayacaq. Hazır olun. Biz bir araya gəlirik".
Gülay










































