"Şuşa Bəyannaməsi" Qarabağla bağlı bütün haqqların yalnız Azərbaycana aid olduğunu dünyaya bir daha göstərdi

"Şuşa Bəyannaməsi" Qarabağla bağlı bütün haqqların yalnız Azərbaycana aid olduğunu dünyaya bir daha göstərdi
SİYASƏT
16:03 14.06.2023
325
Hər bir xalqın, dövlətin həyatında onun strateji yolunu, siyasi taleyini, perspektivlərini müəyyənləşdirən və böyük tarixi əhəmiyyət kəsb edən həlledici məqamlar olur. Bəzən də bu məqamlar tək ölkənin deyil, eyni zamanda tərəfdaş ölkələrin, bütün regionun gələcəyinin uğurlu qarantına çevrilir.
Belə məqaqamlardan biri də 2021-ci ilin 15 iyun tarixində qardaş Türkiyə dövləti ilə Azərbaycan arasında qardaşlığın və dostluğun tarixinə əsaslanaraq imzalanan Şuşa Bəyannaməsidir.

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü – 15 iyun tarixində imzalanması xüsusilə rəmzi məna daşıyır. Belə ki, bu tarix Qarabağ və Zəngəzurla bağlı çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünü bir daha vurğulayır. Eyni zamanda məkan olaraq tarixi gedişlərin şahidi olmuş Şuşanın seçilməsi də böyük anlam daşıyır.

İstər zaman, istər məkan baxımından xüsusi əhəmiyyət kəsb edən bu saziş soykökü ilə bağlı iki qardaş türk dövlətinin öz müstəqilliyini, sarsılmaz dostluğunu, gücünü və iradəsini bütün dünyaya bəlli edən bir sazişdir.

Şuşa Bəyannaməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” və Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi.

Bəyannamədə bir çox önəmli məsələlərə toxunulmuşdur. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, mədəniyyət, təhsil, iqtisadi-ticarət əlaqələri, həmçinin enerji təhlükəsizliyi, eyni zamanda müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də burada öz əksini tapmışdır. Bununla yanaşı Bəyannamədə tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də qeyd olunub. Bu bir daha göstərir ki, Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Bu saziş eyni zamanda beynəlxalq arenada Qarabağla bağlı bütün haqqların yalnız Azərbaycana aid olmasını və bu həqiqətə qarşı başqa heç bir yanaşmanın bizim üçün əhəmiyyət kəsb etmədiyini maraqlı tərəflərin birbaşa nəzərinə çatdırdı. Beləliklə də bütün dünya anladı ki, Qarabağla bağlı məsələlər və statusla bağlı bütün mövzular artıq birdəfəlik hər kəs üçün bağlandı. 

Qeyd edək ki, Şuşa Bəyannaməsini Azərbaycan Cəmiyyəti ilə yanaşı, Türk dövlətləri, dost dövlətlər də izləyir.

Bu Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə yanaşı, türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da gücləndirəcək təkanverici qüvvədir. İşğaldan azad edilmiş torpaqlarımızda, Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalandığı Şuşada qardaş ölkə prezidentləri arasında
imzalanan bu Bəyannamə əslində dünyada analoqu olmayan Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyə doğru sürətli inkişafını özündə əks etdirir.  

Bir sözlə, Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır, sühsevər inteqrasiyaya yol açır, əməkdaşlığın bütün sahələrini əhatə edərək hər iki dövlətin gələcək inkişafına, daha qüdrətli ölkələrə çevriləcəklərinə bir daha əminlik yaradır.

Xatirə İsmayılova
Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
17:49 06.10.2026
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Fazil Məmmədov nazir müavini təyin edildi
17:31 06.10.2026
Fazil Məmmədov nazir müavini təyin edildi
Maşın məktəbli qardaşları vurdu
17:20 06.10.2026
Maşın məktəbli qardaşları vurdu
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
17:07 06.10.2026
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA