""Şuşa Bəyannaməsi”nin əsas fəlsəfəsi Azərbaycanın təhlükəsizliyidir"

""Şuşa Bəyannaməsi”nin əsas fəlsəfəsi Azərbaycanın təhlükəsizliyidir"
SİYASƏT
14:25 02.02.2022
755
2021-ci ilin iyunun 15-də Şuşa şəhərində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Şuşa Bəyannaməsini Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Fevralın 1-də isə Azərbaycan Milli Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib.

Bəs "Şuşa Bəyannaməsi” Azərbaycana nə vəd edir? Hansı yenilikər olacaq?
 


Siyasi şərhçi İlyas Hüseynov AZXEBER.COM-a açıqlamasında "Şuşa Bəyannaməsi” haqda fikirlərini bildirib.
 
O, qeyd edib ki, "Şuşa Bəyannaməsi” hər iki ölkənin daha da dərinləşdirilmiş şəkildə müttəfiqlik münasibətlərinin qurulmasının bariz sənədidir:

"2021-ci ilin 15 iyun tarixində Türkiyə ilə Azərbaycan arasında Şuşa şəhərində imzalanmış "Şuşa Bəyannaməsi” hər iki ölkənin daha da dərinləşdirilmiş şəkildə müttəfiqlik münasibətlərinin qurulmasının bariz sənədidir. Digər tərəfdən siyasi, iqtisadi, təhlükəsizlik sahəsində münasibətlərin daha genişlənməsini özündə əks etdirir. "Şuşa Bəyannaməsi”də vurğulanır ki, hər iki dövlətin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı təhdidlər yaranarsa, Türkiyə və Azərbaycan birlikdə addım atacaq və bir-birinə qarşılıqlı sürətdə yardım göstərəcək. Eyni zamanda bəyannamədə müttəfiqlik münasibətlərinin üçüncü tərəfə qarşı yönəlmədiyi və bölgədə, eləcə də qlobal miqyasda təhlükəsizlik və sabitlik mühitini daha da gücləndirilməsinə yönəldiyi əks olunur.

Politoloq onu da qeyd edib ki, bəyannamə Qarabağın və Şərqi Zəngəzurun təhlükəsizlik mühitinin gücləndirilməsinə uzun illər boyunca xidmət göstərəcək:

"Digər tərəfdən bəyannamədə Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin əhəmiyyəti vurğulanır, Zəngəzur dəhlizinin açılmasının, eyni zamanda Naxçıvan-Qars dəmiryolunun çəkilməsinin bölgənin gələcək iqtisadi rifahına xidmət edəcəyi ilə bağlı qeydlər də vardır. Əlamətdar hadisədir ki, fevralın 1-də Azərbaycan Respublikasının Milli Məclisində "Şuşa Bəyannaməsi” ratifikasiya olunmuşdur və təstiqlənmişdir. Gözlənilir ki, "Şuşa Bəyannaməsi” Türkiyə Parlamenti tərəfindən də təstiqlənəcək və hər iki dövlətin qarşılıqlı maraqlarını özündə əks etdirən bəyannamə Azərbaycanın dilbər güşəsi olan Qarabağın və Şərqi Zəngəzurun təhlükəsizlik mühitinin gücləndirilməsinə uzun illər boyunca xidmət göstərəcək. "Şuşa Bəyannaməsi” bu gün Azərbayacn və Türkiyə arasında müttəfiqlik münasibətlərinin özündə əks etdirir və qardaşlıq prinsiplərinin əsasında hər iki dövlətin iqtisadi perspektivlərini müəyyənləşdirir”.
 


Hərbi ekspert Ramil Məmmədli də AZXEBER.COM-a bəyannamə ilə bağlı fikirlərini bildirib. Ekspert qeyd edib ki, burada ordunun, silahlı qüvvələrin gücləndirilməsi, şəxsi heyətinin sayının artırılması kimi məqsədlər var:

"Şuşa Bəyannaməsi”nin əsas fəlsəfəsi Azərbaycanın təhlükəsizliyidir. Həmçinin iki ölkənin regionda sülhün və sabitliyin bərqərar olunması istiqamətində birgə addımlar atılasıdır. Bu prosesin icra olunması üçün atılacaq bütün addımların hər biri məhz qeyd etiyim məqsədə xidmət edir. Yəni burada məqsəd ordunun, silahlı qüvvələrin gücləndirilməsi, şəxsi heyətinin sayının artırılması, maddi-texniki imkanlarının gücləndirilməsi məhz Azərbaycanın təhlükəsizliyinin müdafiə imkanlarının gücləndirilməsinə, eyni zamanda birgə regional təhdidlərin qarşısını almağa xidmət edir. Qeyd olunan məsələ ordunun təkmilləşdirilməsi üçün lazımi məqamları ortaya çıxaracaq. Artıq bu istiqamətdə işlər aparılır. Yeni ordu birləşməsinin yaradılması, komando birliklərinin yaradılması istiqamətində atılan addımları nəzərdə tuturam.

Bəziləri iki ölkənin ordularının birləşdirilməsinə dair fikirlər səsləndirirlər. Bu, mövcud reallıqlara, siyasi və geosiyasi vəziyyətə uyğun deyil. Amma Azərbaycan ordusu kifayət qədər imkanlara və gücə malikdir. Bu gücün daha da artırılması məqsədilə dünyanın inkişaf etmiş ölkələri ilə orduları ilə birgə layihələr icra olunur. Məhz "Şuşa Bəyannaməsi”ni də bu prosesin davamı hesab etmək olar”.

Onu qeyd ki, fevralın 3-də Türkiyə Böyük Millət Məclisinin komissiyasının iclasında Şuşa Bəyannaməsi müzakirə olunacaq.

Sənəd parlamentin Xarici əlaqələr komissiyasında müzakirəyə çıxarılacaq. Toplantıda "Şuşa Bəyannaməsi”nin təsdiqlənməsi məsələsinə baxılacaq.

Aydın Nuri 
 
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi" mövzusu üzrə dərc edilib.
 

OXŞAR XƏBƏRLƏR