Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür - Azərbaycan nə qazandı?

Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür - Azərbaycan nə qazandı?
SİYASƏT
22:16 15.06.2022
468
  2021-ci ilin iyun ayının 15-də Azərbaycan və Türkiyə liderləri arasında Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. Bəyannamə hər iki ölkə arasında taktiki deyil, strateji hədəflərə hesablanan və qlobal proseslər fonunda daha monolit münasibətlər sisteminin yaradılmasını özündə ehtiva edir.

Bəs bu bir il ərzində Azərbaycan üçün Bəyannamədən irəli gələn hansı pozitiv hadisələr baş verib?

Əvvəla, qeyd etmək lazımdır ki, Bəyannamədə ciddi siyasi və iqtisadi hədəflər qərarlaşdırılıb, üstündən bir il keçməsinə baxmayaraq, ortada ciddi nəticələr də var. Bəs söhbət hansı ciddi nəticələrdən gedir?

Birincisi: 2021-ci il oktyabr ayının 26-da Zəngəzur dəhlizinin təməli qoyuldu.

İkincisi: Şuşa Bəyannaməsi son aylarda ABŞ-Azərbaycan arasında intensiv hal alan müsbət görüşlərin, sistematik münasibətlərin möhkəmləndirilməsinin mütləq və "əsas baza”larından biridir. Şəksiz, ABŞ-Azərbaycan arasındakı münasibətlərin müxtəlif səviyyələrdə möhkəmləndirilməsi həm də Türkiyənin əlahiddə təşəbbüskarlığının mühüm nəticələrindən biridir. Bəyannamənin imzalanmasından sonra Türkiyənin vasitəçiliyi ilə Azərbaycanın Qərbə inteqrasiyası prosesinin sürətlənəcəyi gözlənilən idi. Təsadüfi deyil ki, ABŞ prezidenti C.Baydenin iki ölkə arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident İ.Əliyevə ünvanladığı məktubun məzmununun təhlili mühüm və tarixi təsbitlərlə yadda qaldı. Azərbaycan-Türkiyə arasındakı strateji mütəffiqlik ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinin tarixdə heç vaxt olmadığı qədər və daha geniş platformasını ərsəyə gətirməkdədir.

Üçüncüsü: Ölkədə (Hadrut qəsəbəsində) yeni "Komando briqada”lar yaradıldı. Bir müddət sonra Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində daha qərarlı addımlar atılacağı qaçılmazdır.

Dördüncüsü: Milli iqtisadiyyatın yaradılması və Bəyannamədən irəli gələn birgə istehsal, sənaye və invesitisa əməkdaşlığı ilə bağlı məsələlər istiqamətində mühüm addımlar atılıb. Bu ilin may ayının 26-30-u iki ölkənin təşkilatçılığı ilə "TEKNOFEST” festivalı baş tutdu. Bu, Türkiyənin texnologiya sahəsindəki elmi biliklərinin ölkəmizə gətirilməsinin təminatı istiqamətində atılan ən mühüm addımlardan biridir. Həmçinin, Azərbaycanın neftdən asılılığının azaldılmasının prioritet olması öz nəzəri əhəmiyyətini itirərək praktiki mərhələyə qədəm qoyub. Ölkəyə xarici investisiyaların cəlb edilməsi, şaxələndirilmişiqtisadiyyatın (neftdən asılılığın minimum endirilməsi) yaradılması tarixi zərurətə çevrilib. Hətta C.Bayden İ.Əliyevə sonuncu məktubunda bu məsələyə xüsusi önəm verərək, ABŞ-ın ən yaxın strateji tərəfdaşlarından biri kimi Azərbaycanın iqtisadi əhəmiyyətinin artırılmasında maraqlı olduğunu ifadə etmişdi.

Beşincisi: Avropanın Azərbaycan qazına olan tələbatı daha ciddi şəkil aldı. 2022-ci ilin fevral ayının 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Bu, Avropanın Azərbaycana olan ehtiyac limitini daha da artırmış oldu. Rusiya-Ukrayna müharibəsi fonunda Qərb ölkələrinin rus qazından asılılığını azaltmaq istəyi Azərbaycanı əsas alternativ kimi önə çıxarır. Heç şübhəsiz ki, Azərbaycanla Rusiya mütəffiqdir və hər iki ölkə arasında ciddi dostluq münasibətləri mövcuddur. Azərbaycan müstəqil, tərəfsiz və praqmatik siyasət kursu qurduğuna görə, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması Moskvada heç bir qıcıq yaratmır və yarada da bilməz.

Altıncısı: Bəyannamədən irəli gələn "Tərəflərdən birinin müstəqlliyinə qarşı” müddəası bir il ərzində şimaldan və cənubdan gələn təhdidlərin miqyasını da kiçildib. Çünki Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə yaranan təhlükə Türkiyə üçün də təhdid və təcavüzü kimi qiymətləndiriləcək.

Yeddincisi: Ermənistan üçün əsas istinad nöqtə hesab olunan KTMT bu bir il ərzində Cənubi Qafqazda özünün praqmatiki əhəmiyyətini tamamilə itirmiş olub.

 Samir Feyruzov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər