Şuşa və Ağdamda yeni yanacaqdoldurma məntəqələri tikiləcək

Şuşa və Ağdamda yeni yanacaqdoldurma məntəqələri tikiləcək
SİYASƏT
09:42 04.12.2021
406
"Hazırda Şuşada və Ağdam rayonu ərazisində mövcud modul tipli yanacaqdoldurma məntəqələrinin əvəzinə daimi yanacaqdoldurma məntəqələrinin (YDM) tikilməsi planlaşdırılır".
 
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib. O bildirib ki, ümumilikdə bütün azad olunmuş ərazilərimizdə YDM-lərin açılması ilə bağlı layihələr nəzərdən keçirilir.

İ.Əhmədov qeyd edib ki, Qubadlı rayonu Eyvazlı kəndində tikilən YDM artıq istifadəyə verilib.
OXŞAR XƏBƏRLƏR