Şuşa və Füzulidə müəllim işləmək istəyənlər üçün vakansiya seçimi başa çatdı

Şuşa və Füzulidə müəllim işləmək istəyənlər üçün vakansiya seçimi başa çatdı
SOSİAL
12:46 23.08.2023
138
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçərək elektron ərizələrini təsdiq ediblər.

Həmçinin işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilmişdi.
OXŞAR XƏBƏRLƏR