Şuşa şəhərində 10 yeni bina inşa olunur.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini Vüqar Məhərrəmov bildirib.
Onun sözlərinə görə, yeni binalar Şuşada Qarabağ küçəsində sovet dövründə inşa edilmiş köhnə binalar sökülərək inşa olunur: "Onların yerində çox gözəl memarlıq üslubunda binalar tikilir. Bu binalar dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa olunur. 10 ədəd binadır, onlardan ikisinin sifarişçisi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, digər 8-i isə investorlardır. Binalar hotel tipli, apart hotel tipli, ofis binaları, qeyri-yaşayış məkanları və restoran-kafe kimi fəaliyyət göstərəcək”.
V. Məhərrəmov qeyd edib ki, binaların tikintisində Şuşa daşlarından istifadə olunub. Binalar Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılıb.