Şuşada bu fəaliyyətlər qadağan ediləcək

Şuşada bu fəaliyyətlər qadağan ediləcək
SOSİAL
23:11 21.05.2021
1006
Şuşa şəhərinin ərazisində onun inkişafına yönəlmiş infrastrukturun, investisiya qoyuluşu və investorların fəaliyyəti üçün şəraitin yaradılması təmin ediləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumat "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsində əksini tapıb.
 
Bildirilib ki, Şuşa şəhərinin ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərlərinə xələl gətirə bilən, abidələrə və ya təbii landşafta, ekoloji mühitə təhlükə yarada bilən sahibkarlıq fəaliyyəti növləri ilə mə.ğul olmaq qadağandır.

Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edəcək.
OXŞAR XƏBƏRLƏR