Şuşada, Xankəndidə səs vermək istəyənlər var - MSK

SİYASƏT
17:24 23.12.2023
199
Mənim özümə şəxsən çoxlu məktublar gəlib Şuşada, Xankəndidə səs vermək istəyənlər var.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, məcburi köçkün seçicilər ona bununla bağlı müraciət ediblər.

Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
OXŞAR XƏBƏRLƏR