Şuşada yollar qardan təmizləndi - Avtomobillərin hərəkəti tam bərpa olundu

Şuşada yollar qardan təmizləndi - Avtomobillərin hərəkəti tam bərpa olundu
SOSİAL
16:07 08.01.2023
117
Şuşa şəhərinə qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan qaldırılıb.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, şəhərin küçələrində nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb.

Aidiyyəti qurumlar tərəfindən yollara qum və duz səpilib. Bundan başqa, xüsusi texnikalar vasitəsilə yollar qardan təmizlənib.

Avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub.

Qar səbəbindən elektrik və su təchizatında isə heç bir problem yaşanmayıb.

Qeyd edək ki, ötən gecədən başlayaraq Şuşa şəhərinə qar yağır.
OXŞAR XƏBƏRLƏR