Şuşada Zəfər Qurultayı: tarixdə iz qoyacaq hadisə

Şuşada Zəfər Qurultayı: tarixdə iz qoyacaq hadisə
SİYASƏT
11:30 26.04.2022
1422
Möhtərəm Pezidentimiz cənab İlham Əliyevin dünya azərbaycanlılarının ikinci, üçüncü və dördüncü  qurultaylarında  etdiyi çıxışlar müxtəlif ölkələrdən gəlmiş soydaşlarımızın yaxşı xatirəsindədir. Dövlət başçısı  16 il əvvəl, 2006-cı il martın 16-da ilk dəfə dövlət başçısı kimi çıxış etdiyi Dünya Azərbaycanlılarının II Qurultayında demişdi: "Biz Dağlıq Qarabağın heç vaxt - nə bü gün, nə sabah, nə 10 ildən sonra, nə də 100 ildən sonra Azərbaycandan ayrılmasına razılıq verməyəcəyik".  Eyni zamanda dövlət başçısı danışıqlara da toxunaraq bəyan etmişdi ki, bu proses əbədi ola bilməz, çünki Azərbaycan xalqının və iqtidarının səbri tükənir. 

"Əmin olduğumu bildirmək istəyirəm ki, biz bu münaqişənin də ləğv olunmasına, aradan götürülməsinə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar".
Əbədiyaşar şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu sözləri Dünya Azərbaycanlılarının 2001-ci ilin noyabr ayında keçirilən I Qurultayında demişdi. Bu gün Ulu Öndərin ruhu şaddır. Ona görə ki, artıq torpaqlarımız azaddır və onun layiqli davamçısı olan möhtərəm  Prezidentimiz cənab İlham Əliyev növbəti qurultay üçün Azərbaycana gəlmiş soydaşlarımızı bu dəfə Şuşada salamladı.

Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə sirr deyil. Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra Ermənistan rəhbərliyi də nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların heç bir resursu yoxdur - nə siyasi resursu, nə iqtisadi, nə də insan resursu yoxdur.

Ermənistanın məhv edilmiş silah-sursatının, texnikasının və qənimət götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir. Kasıb ölkə bu pulu haradan əldə edib. Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü, onların özlərinin etirafına görə, 10 min fərari olmuşdur.
Azərbaycan Ordusunda bir dənə də fərari olmamışdır. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi.

27 sentyabrda başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın böyük bir hissəsini hərb yolu ilə işğaldan azad etdi və düşmənə çox ağır zərbələr vurmaqla Ermənistanı təslim olmağa məcbur etdi. Şanlı Ordumuz tərəfindən Ermənistanın məğlub edilməsi və qələbənin təmin olunması dünya ictimaiyyətinə Azərbaycan xalqının haqq səsinin çatdırılmasına, əsrlər boyu davam edən erməni yalanlarının ifşasına və ən vacibi də ölkəmizin vətənpərvərliyinin, qələbə əzminin və xalq-iqtidar birliyinin nümayiş olunmasına gətirib-çıxardı. Qeyd edək ki, düşmən üzərində qələbənin qazanılmasında diplomatiya sahəsindəki uğurlarımız da xüsusi rol oynadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüşlərin getdiyi bir vaxtda ermənilərə havadarlıq edən iri dövlətlərin təzyiqlərinə və xarici mətbuat nümayəndələrinin qərəzli suallarına təmkinlə, əsaslı faktlarla cavab verməsi Ermənistanla aparılan lokal müharibədə Azərbaycana uğur gətirdi. "”Qarabağ Azərbaycandır və nida” sözlərini deyən dövlət başçısı siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu zəfərin müəllifidir.

Naftalan şəhər sakini Möhübbət Bədəlov

OXŞAR XƏBƏRLƏR