“Şuşadakı aksiyada söz sahibi azərbaycanlılardır, hansısa terrrorçu-seperatçı yox” - Hacıbəy Heydərli

“Şuşadakı aksiyada söz sahibi azərbaycanlılardır, hansısa terrrorçu-seperatçı yox” - Hacıbəy Heydərli
SOSİAL
16:37 29.12.2022
132
Dekabrın 12-dən etibarən Xankəndi-Laçın yolunda başlayan etiraz aksiyası artıq 18 gündür ki, davam edir.
 
News365.az-a açıqlama verən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, bu günlər ərzində azərbaycanlı gənclər, ekoloqlar və fəallar növbəti dəfə tarix yazırlar:
 
Aksiyanın ilk günündə olan aktivlik bu gün də davam edir. Hava şəraitinin kəskinliyi belə aksiyanın qarşısını ala bilmədi. Tələblər isə bəllidir: Azərbaycan sərvətlərinin talanmasına göz yumulmamalı və bu addımı atan şirkətlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Ötən gün xəbər yayılıb ki, talançılıqla məşğul olan şirkətlərdən biri fəaliyyətini dayandırıb, amma bu aksiya iştirakçılarının tələbinin yerinə yetirilməsi demək deyil.
 
Hacıbəy Heydərli bildirib ki, aksiya hələ davam edəcək: Çünki aksiyanın əsas tələbi ondan ibarətdir ki, Azərbaycan dövlət qurumlarının nümayəndələri həmin ərazilərə gedib, orada monitorinqlər aparmalıdırlar. Başqa heç hir təşkilatın oraya gəlməsi bizi razı sala bilməz. Çünki ora bizim torpaqlardır və Azərbaycan torpaqlarında başqa bir dövlət monitorinq apara bilməz. Hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə hökm sürməyə çalışan separatçı dəstələr heç hir halda Azərbaycanın sərvətlərini talaya bilməz. Məsələ ilə bağlı araşdırma aparılıb. Orada talançılıqla məşğul olan şirkətlərin siyahısı artıq məlumdur.
 
Hacıbəy Heydərli qeyd edib ki, ağlı başında olan şirkət orada fəaliyyətini davam etdirə bilməz. Bu aksiya eyni zamanda QHT ilə dövlətin birliyinin bütün dünyaya nümayişi kimi qiymətləndirilə bilər. Bu aksiya QHT-lərimizin dövlətçi mövqeyinin bariz nümunəsidir.
OXŞAR XƏBƏRLƏR