xari

"Şuşadakı villalardan biri Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur"

SİYASƏT
14:37 27.01.2021
389
"İnfrastruktur layihələrinə gəldikdə, Şuşa infrastruktur baxımından demək olar ki, tamamilə geridə qalmış bir şəhərdir. Düşmən orada bir daşı daş üstə qoymayıb, bir bina tikməyib. Özləri üçün bir neçə villa tikdirib. Villanın biri o xunta başçısına, biri isə deyilənə görə, Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.

"Mənfur düşmən 28 il ərzində orada ondan başqa bir dənə də bina tikməyib. Yollar bərbad, binalar dağılmış, hər tərəf xozanlıq, zir-zibil, çirkin köşklər. Olan-qalanı da dağıdıblar. Bir daşı daş üstə qoymayıblar, ancaq istismar ediblər. Bundan sonra gəlib deyirlər ki, Şuşa erməni şəhəridir, onun adını da dəyişdirməyə cəhd ediblər. Ona görə infrastruktur layihələrinin icrası, əlbəttə ki, birinci məsələdir. Bununla paralel olaraq şəhərsalma işləri düzgün aparılmalıdır. Siz bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləmisiniz, təcrübəniz var və əminəm ki, bu işlərə rəhbərlik edəcəksiniz”, - dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, tarixi, dini abidələrin bərpası ilə bağlı konkret proqram işlənilir:

"Müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu məsələyə fəal qoşulubdur, eyni zamanda, Mədəniyyət Nazirliyi, digər aidiyyəti qurumlar. Yaşayış fondu təftiş edilib. Yaşayış fondunun böyük hissəsi yararsız vəziyyətdədir. İşğal dövründə Şuşada təqribən maksimum 2-3 min adam yaşayırdı. Ermənilər nə qədər çalışsalar da, Şuşanı məskunlaşdıra bilməmişdilər. Halbuki xaricdən gətirilmiş erməniləri orada yerləşdirməklə hərbi cinayət törətmişlər. Bütün bu aksiyalar təbliğat xarakteri daşıyırdı. Orada yaşayanların böyük hissəsi hərbçilər və onların köməkçiləri idi. Yaşayış fondunun təftişi mütləq daha müfəssəl aparılmalıdır, - birinci təftiş aparıldı, - əlbəttə ki, ondan sonra bərpa işləri aparılacaqdır”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:44 28.02.2021

Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub - FOTO

23:35 28.02.2021

“Meyvəli” bazarındakı yanğın söndürüldü - VİDEO

23:15 28.02.2021

Samuxda iki nəfər bıçaqlandı

22:49 28.02.2021

“Atlantico” nəşri: Fransa 1992-ci ildəki soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər

22:39 28.02.2021

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb

22:31 28.02.2021

Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum oldu

22:10 28.02.2021

“Meyvəli” bazarında yanğın başlayıb

22:00 28.02.2021

ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub

21:11 28.02.2021

Fransa qəzetində “Qarabağda müharibəsonrası vəziyyət və sülhün problemləri” müzakirə olunub

21:01 28.02.2021

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

20:32 28.02.2021

Azərbaycanda müğənni ürək tutmasından vəfat etdi

20:16 28.02.2021

Fransa portalında Zəngilanla bağlı reportaj dərc olunub

20:15 28.02.2021

S.Bussua: “Azərbaycan “Qafqazın əjdahası”na çevrilib”

19:57 28.02.2021

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı

19:35 28.02.2021

“General de Europe”: Azərbaycanlı qaçqınlar 27 il əvvəl qovulduqları torpaqlara qayıtmağı gözləyirlər

19:31 28.02.2021

“Azərişıq”dan smart kart ödənişi haqqında yayılan iddialarla bağlı AÇIQLAMA