“Şuşanın azad edilməsi xəbərini sevinc göz yaşları ilə qarşıladım” - Mixail Qusman

“Şuşanın azad edilməsi xəbərini sevinc göz yaşları ilə qarşıladım” - Mixail Qusman
SİYASƏT
16:23 13.12.2020
2363
Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı "CBC” telekanalına müsahibə verib.

Həmyerlimiz Mixail Qusman Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbədən danışıb. On yeddi il keçməsinə baxmayaraq, Heydər Əliyevlə ünsiyyətdə olmuş hər kəsin onun xatirəsini qəlbində qoruyub saxladığını vurğulayan görkəmli jurnalist deyib: "Heydər Əliyevi təkcə doğum və anım günlərində deyil, həm də ən müxtəlif məqamlarda, mühüm, məsuliyyətli qərarlar qəbul edərkən xatırlayır, sanki onunla məsləhətləşmişəm. Çünki mənim Azərbaycanda bir insan kimi formalaşmağım Heydər Əliyevin respublikaya rəhbərliyi dövrünə təsadüf edib”.

M.Qusman qeyd edib ki, Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə müharibə dövründə qayıdıb və yoxsul, hətta ən yaxın qonşuları ilə pis münasibətlərdə olan bir dövlətə başçılıq etməli olub. O, öz dəmir iradəsi ilə Azərbaycanı birləşdirməyə, bütün sahələri inkişaf etdirməyə nail olub. Jurnalisin fikrincə, Heydər Əliyevi ən çox narahat edən Dağlıq Qarabağ münaqişəsi idi.

"Erməni separatçılarının cinayətkar əməlləri nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlardan yüz minlərlə insan, təkcə azərbaycanlılar deyil, digər xalqların nümayəndələri, eləcə də ruslar yaşadıqları yerlərdən qovulmuşdular. Bu ağrı Heydər Əliyevin ürəyində idi mən əminəm ki, məhz rəhbərliyə qaytdıqdan sonra ölkənin yenidən qurulduğu illərdə onun başlıca məqsədi işğal olunmuş torpaqların azad edilməsi, qaçqınların doğma yurd-yuvasına qayıtması idi”, - deyə həmyerlimiz bildirib.

İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsini məhz məntiqi sonluq kimi dəyərləndirən M.Qusman Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşanın azad edilməsi xəbərini elan edərkən sevincdən göz yaşlarını saxlaya bilmədiyini deyib: "Faşist xislətli separatçılar gözüm görə-görə Vətənimin bir hissəsini işğal edirdilər. Qarabağ müharibəsində mənim yaxın dostlarım da həlak olublar. Odur ki, İlham Əliyev ümummilli lider, atası Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək böyük şərəf hissi ilə Şuşanın azad edildiyini söyləyəndə mən ağladım. Çünki minlərlə həmvətənim üçün bu, ədalətin bərpası, ləyaqət hissinin qaytarılması idi. İndi biz əminik ki, şəhidlərin qanı yerdə qalmadı”.

M.Qusman əmindir ki, Azərbaycan xalqının Vətən müharibəsində Qələbəsini hər hansı təftişə məruz qoymaq istəyənlərin cəhdləri boşa çıxacaq. Azərbaycan öz torpaqları uğrunda döyüşüb, öz torpaqlarından qovulan vətəndaşlarını doğma ocaqlarına qaytarır. Buna görə də Qarabağ savaşı Azərbaycan xalqı üçün Vətən müharibəsi idi. Qarabağın azadlığını özünün başlıca missiyası hesab edən Ali Baş Komandan İlham Əliyev üçün həm də atasının vəsiyyətini yerinə yetirmək çox vacib idi.

Azərbaycanda keçirilən Qələbə paradından danışan Mixail Qusman bildirib ki, həmin gün Azadlıq meydanında hərbçilərin və hərbi texnikanın nümayişini qürurla izləyib. Hətta telefonla çəkdiyi şəkillərin bəzisi TASS agentliyinin fotolentinə düşüb. "Təntənəli marşla meydandan keçən əsgərlərə baxıb düşünürdüm ki, hələ bir neçə gün əvvəl onlar cəbhədə idilər, çoxlarının sinəsində artıq ordenlərdə var idi. İkili hisslər keçirirdim. Daha heç vaxt Azadlıq meydanında addımlamayacaq, Qələbə üçün canlarından keçmiş şəhidlərin simasını həmin gün meydanda addımlayan əsgərlərin siması əvəz edirdi”, - deyə həmyerlimiz vurğulayıb.

M.Qusman sonda xatırladıb ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin başa çatdığını elan ediblər. O ümidvar olduğunu bildirib ki, Ermənistan rəhbərliyi də bu fikri bölüşəcək, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın regionda əməkdaşlıq platforması yaradılması barədə təklifləri gerçəkləşəcək və Cənubi Qafqazda, nəhayət, əmin-amanlıq hökm sürəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:13 11.10.2026
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq