Şuşanın işğalından 29 il ötmür - Əziz Şuşa, sən azadsan!

Şuşanın işğalından 29 il ötmür - Əziz Şuşa, sən azadsan!
SİYASƏT
10:55 08.05.2021
1000
28 illik əsarətdən sonra azadlığa qovuşan Şuşa.

Şuşa sənin daşın da, torpağın da, üzərində bitən otun da, xarı bülbülün də azadlıq üçün çox darıxmışdı. 

29 ildən sonra ilk dəfədir ki, 8 may tarixini azadlıqda qeyd edirsən,  ŞUŞA. 
 

Uzun illər 8 may tarixini Şuşa şəhərinin işğal günü kimi qeyd edən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir.

1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Qala şəhəri işğal olunub.

Sentyabrın 27-dən başlayan və cəmi 44 günə qazanılan qələbə ilə Azərbaycan xalqı 28 ildir düşmən əsarətində olan rayonlarımızın azad olunmasına sevindi. 

8 noyabr Şuşanın azad olunması günü kimi düşdü tariximizə.

Ali Baş Komandan Şuşanın azadlıq xəbərini əbəs yerə Şəhidlər Xiyabanından elan etmədi. 

Şəhidlərimizin ruhunu şad etdi, ulu öndər Heydər Əliyevin arzusunu yerinə yetirdi. 

Şuşa uğrunda gedən müharibədə canından keçən əsgər və zabitlərimiz heç bir silahdan istifadə etməyərək döyüşdü. 

Dağları aşaraq Şuşaya daxil oldular. Və ən sonunda uğrunda canından belə keçnəyə hazır olduqları, mədəniyyət paytaxtı, Xanın yurdu olan Şuşanı işğaldan azad etdilər.  

Azərbaycan Prezidenti Şuşada - Cıdır düzündə xalqa müraciət edərkən demişdi: 

"Biz Şuşanı qan tökərək azad etmişik, Şuşa uğrunda ciddi döyüşlər gedirdi. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi, yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər. Yüngül silahlarla, tapançalarla, süngü-bıçaqla mübarizə apardıq. Amma bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşmən bizim gücümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə malik olan hadisədir. Şuşa bizim hədəfimiz idi və biz bu hədəfə doğru gedirdik. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi".
Şuşa qələbəsi azərbaycan xalqında daha böyük coşğuya səbəb oldu.
 

Və bu gün artıq Şuşada bərpa işləri davam etdirilir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Azərbaycan xalqı Cidir düzünə gedəcəyi günü səbirsizlikllə gözləyir.

Şuşa, sən azadsan! Biz qayıtmışıq!
 

 


OXŞAR XƏBƏRLƏR