xari

"Şuşanın yollarını süpürərəm, küçələrini təmizləyərəm" - Tanınmış jurnalist

SOSİAL
20:11 19.01.2021
1342
Tanınmış jurnalist və diaspor fəalı Xatirə Sərdarqızı Prezidentə müraciət edib.

Jurnalistin sosial şəbəkədə paylaşdığı həmin müraciəti təqdim edirik:
 
Müzəffər Ali Baş Komandanım,

Sizə 1980-ci ildə Şuşada doğulan, 1992 ci ildə Şuşa erməni vandalları tərəfindən işgal olunandan sonra uşaqlığını da Şuşada Mamayı bulağının yanında qoyub gələn, sizin və mküzəffər ordumuzun sayəsində 28 il sonra yenidən Şuşasına qovuşan 12 yaşlı Xatirənin adından yazıram. Əvvəlcə sizə və Azərbaycan əsgərinə mənə və bütün xalqımıza bu zəfəri, bu xoşbəxtliyi yaşatdığınıza görə təşəkkür etmək istəyirəm.

Mən hazırda Niderlandın Deventer şəhərində yaşayıram. Vətən müharibəsi başlayanda mən burada qala bilmədim, 12 yaşlı qızımla vətənə gəldim. Çünki mən inanırdım ki, siz bizə Qarabağ sevincini yaşadacaqsınız. Yanılmadım da, 8 gün sonra bizə "ƏZİZ ŞUŞA SƏN AZADSAN” deyərək müjdə verdiniz.

Daha sonra dekabrın 27 də Şuşama getdim. 28 illik həsrətim sona yetdi. Sizin Şuşa səfərinizi isə nəfəsimi tutaraq izlədim. Çünki sizin də Şuşamızın bizsiz solan çöhrəsini görəndə səsiniz titrəyirdiş, hər Şuşa dediyinizdə. Mən də 28 il sonra eyni hisləri yaşamışdım Şuşada. Şuşamı o halda görəndən sonra mən özümə gələ bilmirəm. Artıq Avropaya qayıtmışam. Sizin Şuşa səfəri zamanı yolda dediyiniz bir söz məni inanılmaz dərəcədə qürürlandırdı. Dediniz ki, xaricdə yaşayan Azərbaycanlılar Füzuli hava limanından rahat Şuşaya gələ biləcəklər. Bəli, biz artıq Şuşaya gedirik deyib, yola çıxa biləcəyik sayənizdə.

Ancaq mən burada rahat oturub, Şuşam abadlaşandan sonra rahat gələ bilmərəm. Mən Şuşamın abadlaşdırılmasında, yenidən qurulmasında yaxından iştirak etmək istəyirəm. Sizdən acizanə xahiş edirəm ki, mənim Şuşanın təmir bərpa işləri üçün yaradılan komisiyaların, heyyətlərin sırasına daxil olmağıma kömək edəsiniz. Mən Şuşamın cəfasını çəkmək istəyirəm ki, səfasını sürəndə utanmayım. Yollarını süpürərəm, kücələrini təmizləyərəm. Bütün təcrübələrimdən istifadə edərəm. Yetər ki, Şuşama yararlı olum. Xaricdə oturub Şuşamın dirçəlməsini gözləmək ağırıma gedir. O prosesdə iştirak edə bilməyimə kömək etəməyinizi sizdən xahiş edirəm.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:05 07.03.2021

Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb

21:34 07.03.2021

Türkiyədə 65 nəfər koronavirusdan vəfat edib

21:25 07.03.2021

FHN güclü küləklə bağlı əhaliyə müraciət etdi - VİDEO

21:03 07.03.2021

Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatıb, bölgələrə qar yağır

20:45 07.03.2021

Hulusi Akardan Azərbaycan mesajı: “Qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”

20:42 07.03.2021

Bakıda başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu

18:35 07.03.2021

Xaçmazda dönərxanada zəhərlənmə oldu - 17 yaşlı gənc öldü

18:32 07.03.2021

"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artır"

18:16 07.03.2021

BDYPİ küləkli hava ilə əlaqədar sürücülərə müraciət etdi

16:41 07.03.2021

Karantin qaydalarının sərtləşdirilməsi ehtimalı ilə bağlı professordan AÇIQLAMA

16:29 07.03.2021

Azərbaycanda koronavirusa yoluxma 500-ü ötsə.... - VİDEO

14:44 07.03.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü

14:30 07.03.2021

Qonşusunun evində oğluna toy etdi, polis gəldi – FOTO

14:10 07.03.2021

Neft Daşlarında dalğanın hündürlüyü 4.8 metrə çatıb – FAKTİKİ HAVA

13:45 07.03.2021

Qadağalar taksi qiymətlərini “ceyran beli”nə qaldırdı – VİDEO

13:36 07.03.2021

Qənirə Paşayeva: “Mən heç vaxt harasa gedib, 10 gün dincəlməmişəm” - VİDEOMÜSAHİBƏ