Şuşaya mərkəzi istilik sistemi və isti su bu ilin sonunda veriləcək

Şuşaya mərkəzi istilik sistemi və isti su bu ilin sonunda veriləcək
SOSİAL
10:30 03.07.2021
400

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri” İşçi Qrupunun növbəti iyirminci iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı həftə ərzində həyata keçirilmiş tədbirlər haqqında məlumat verilib. Ərazilərin enerji təminatına dair planlaşdırılan tədbirlər, həlli vacib məsələlər müzakirə edilib, həmçinin, elektroenergetika infrastrukturu, ötürücü və paylayıcı şəbəkələr, yarımstansiyalar, istilik təchizatı üzrə görüləcək işlər və atılacaq növbəti addımlar haqqında müvafiq qurumların nümayəndələri tərəfindən təqdim edilmiş məlumatlar dinlənilib. İşçi Qrupunun ötən iclaslarında qəbul edilmiş qərarların icrası ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib.

Müvafiq ərazilərdə enerji infrastrukturunun bərpası ilə bağlı sahə işləri zamanı texniki təhlükəsizlik qaydalarına, xüsusi ilə yanğın təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsinin, müvafiq sahədə məlumatlılığın artırılmasının zəruriliyi vurğulanıb.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrasının gedişi barədə müzakirələr aparılıb. "Yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması ilə əlaqədar Yaponiyanın "TEPSCO” şirkətinin təqdimatı dinlənilib. 

Şuşa şəhərində müəyyənləşdirilmiş obtyektlərin növbəti istilik mövsümündə isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların tikintisi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr, atılacaq növbəti addımlar və planlar haqqında məlumat verilib.

Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı, həmçinin Qız qalası hidroqovşağının su ilə doldurulması üzrə görülən işlərə dair məlumat verilib, suallar cavablandırılıb. 

İclasda həmçinin işğaldan azad edilmiş ərazilərdə enerji təminatı ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar yerli, habelə Birləşmiş Krallıq və İsrail şirkətlərindən daxil olmuş təkliflər, avtomobil yolunun keçdiyi hissələrdə kommunikasiya xətlərinin tikintisi ilə bağlı əlaqələndirmə işlərinin təşkili və s. kimi bir sıra məsələlər müzakirə edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq