“Şüşəli bazar”ın keçmiş sahibi özünü asdı

“Şüşəli bazar”ın keçmiş sahibi özünü asdı
SOSİAL
15:19 02.12.2017
1492
Bakıda intihar hadisəsi baş verib.
 
AZXEBER.COM xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
 
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, Q. Quliyevin Bakının Yasamal rayonu ərazisində yerləşən və "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR