"Suveren ölkəni işğal et, təcavüzkar siyasət yürüt, sonra da denən ki..." - AÇIQLAMA

"Suveren ölkəni işğal et, təcavüzkar siyasət yürüt, sonra da denən ki..." - AÇIQLAMA
SİYASƏT
15:59 02.09.2025
785
Çində səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO üzvü olması və Rusiyanın Avropaya hücum niyyəti ilə bağlı iddialara cavab verib.
 
O, Rusiyanın Avropa və NATO-ya hücum etmək istəməsi ilə bağlı fikirləri yalan və cəfəngiyyat adlandırıb.

Onun sözlərinə görə, Rusiyanın heç bir dövlətə, xüsusilə də NATO-ya üzv ölkələrə hücum etmək kimi niyyəti yoxdur.
 
Bəs, əgər Rusiya özünü dünyada sülhsevər və dinc ölkə kimi göstərirsə, Ukraynadakı illərdir davam edən xaos nəyin göstəricisidir?
 
Ukrayna nə üçün viran qoyulmuş, dağıdılmış, əhalisi qaçqın olmuş, vətəndaşları raketlərlə öldürülmüş vəziyyətdədir?
  
Mövzu ilə bağlı "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü AZXEBER.COM-a açıqlama verib.
 
Analitik qeyd edib ki, Putinin dediklərinin yalan olduğunu azyaşlı uşaq da anlamış olar:
 


"Rusiya Prezidenti Vladimir Putinin yalan danışmasını söyləməyə gərək yoxdur. Məncə, azyaşlı uşağa da bu məsələnin yalan olduğu bəllidir. 
Ukraynanın 20 faiz torpaqlarını işğal et, ölkəni dağıt, insanları məhv elə və bu cür fəlakətə səbəb olan nəticələrə gətir çıxar və de ki, niyyətim yox idi. Bilirsiniz, bu, artıq absurdluğun ən pik həddidir. Mən çox təəssüf edirəm ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan bir dövlətin rəhbəri bu cür məsuliyyətsiz açıqlama verir".
 
Siyasi şərhçi hesab edir ki, Putinin həqiqət olmayan fikirləri səsləndirməsi özünə də bəlli olub:
 
"Mən düşünürəm ki, bir an öncə Rusiya Ukraynada müharibəni dayandırıb, təcavüzkar və işğalçı qoşunlarını oradan çıxartmalıdır. Ölkə nəinki, viran qalıb. İnsanlar qaçqın düşüb, məhv olub, gənc insanlar orada dünyanın gözü qarşısında öldürülür. Putin deyir ki, Ukrayna və Qərb bizi buna məcbur etdi. Necə məcbur etdi? Sən suveren bir ölkənin ərazisinə işğalçılıq, təcavüzkarlıq siyasəti yürüt, sonra deyin ki, bizi məcbur etdi. Bu mənada mən hesab edirəm ki, Rusiya liderinin yalan danışdığı özünə o qədər bəllidir ki... Bu müharibə başlayandan Putin demək olar ki, açıq müzakirələrdən, geniş toplantılardan, Rusiyanın kənarında olan xaricdəki tədbirlərə qatılmaqdan və s. digər məsələlərdən imtina edib. Qapanıb özünə, girib bunkerinə, özünü dünyadan xəbərsiz kimi aparır. Mən Putinin bu cür həqiqəti əks etdirməyən açıqlamasını qınayıram, hesab edirəm ki, təcili sürətdə NATO ölkələri, dünyanın güclü dövlətləri, təşkilatları Rusiyaya təzyiqi gənişləndirməlidir, gücləndirməlidir ki, o işğalçı qoşunlarını Ukraynadan çıxarsın".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR