Suyun səviyyəsi aşağı düşdü, yarımada ortaya çıxdı

DÜNYA
12:27 29.08.2024
152
İçməli suya olan ehtiyacın ödənildiyi Anbar gölündə suyun səviyyəsinin azalması nəticəsində yarımada ortaya çıxıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bolu bölgəsində baş verib. 
 
Belə ki, Yanvar ayında Abant, Mudurnu və Bolu dağlarında qarın əriməsi və leysan yağışlı dərələrdən gələn su ilə 100 faiz doluluğa çatan bənd gölündəki suyun səviyyəsi iyul ayında havaların isti keçməsi səbəbindən 68 faizə enib.
 
İyun ayı etibarilə fermerlərin suvarma ehtiyacı ödənildiyi üçün avqustda bu göstərici 35 faizə enib.

Su azaldıqca göldə yarımada yaranıb.

Bildirilib ki, göldə şəhərin 4 aylıq içməli suya ehtiyacını ödəyə biləcək qədər su qalıb. Bunun üzərinə Bolu Qubernatorluğu tərəfindən əkinçilik sahələrinə su verilməsi dayandırılıb və fermerlərə məlumatlandırıcı mesaj göndərilib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR