Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı yenidən artıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qeyd olunub ki, partlayış nəticəsində ölənlərin sayı 115-ə çatıb.
Qeyd edək ki, partlayış noyabrın 5-də axşam saatlarında baş verib. Yanacaq çəni dolu olan tanker qranit plitələri daşıyan yük maşını ilə toqquşub.