"Söyüdlü” qızıl yatağında istismar işlərinin növbəti mərhələsinə başlanılıb.
"AzerGold” QSC-nin məlumatına görə, yatağın istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı həyata keçirilib.
Yatağın istismara verilməsinin Azərbaycanın iqtisadiyyatına, dövlət büdcəsinə və xüsusilə Kəlbəcər rayonunun iqtisadi inkişafına təsirləri ilə bağlı suallar yaranır.
Maraqlıdır, "Söyüdlü” qızıl yatağının istismara verilməsi ölkə iqtisadiyyatına və Kəlbəcərin iqtisadi inkişafına hansı töhfəni verə bilər?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, yatağın iqtisadi əhəmiyyəti hasil olunacaq qızılın həcmi və dünya bazarındakı qiymətlərdən asılı olacaq:
"Bu, baxır qızıl yatağında nə qədər qızıl hasil olunacaq.
Qızılın qiyməti indi kifayət qədər yüksəkdir. Təbii ki, yeni iş yerləri
yaradacaq, əlavə valyuta gəlirləri gətirəcək. Amma həcm də çox şeydən asılıdır.
Əgər nəzərdə tutulduğundan daha çox, böyük həcmdə qızıl hasil oluna bilirsə,
qızılın indiki 4500 dollar olduğunu nəzərə alsaq, bu, kifayət qədər ciddi gəlir
mənbəyinə çevrilə bilər, yeni iş yerlərinin yaradılmasına yardımçı ola bilər”.
Fəridə Əsədzadə












































