Söyün Sadıqov Rusiya xidmət orqanları ilə sıx əməkdaşlıq edir.
Bu sözləri Sosial Demokratlar Partiyasının sədriAraz Əlizadədilə gətirib. O Söyün Sadıqovun növbəti prezident seçkilərində Rüstəm İbrahimbəyov ciddi rəqib olacağına fikirlərinə münasibət bildirib ki, Azərbaycan hakimiyyətindən intiqam almaq istəyənlərin niyyəti baş tutmayacaq: “Söyün Sadıqov Azərbaycan iqtidarından incik düşüb və istədiklərini ala bilməyib. Rusiyada da bəzi insanlar elə başa düşür ki, Rüstəm İbrahimbəyov onların layihəsidir. Söyün Sadıqov Azərbaycanda heç kəsdir və heç nəyi müəyyən etmir. Rusiyada da olsa-olsa milyonlar arasında bir “təkərdir”. İncik düşən adamlara fikir vermək lazım deyil. Onlar emosiya əsasında danışırlar və heç vaxt analiz etmirlər” – deyə, A.Əlizadə vurğulayıb. Partiya sədri İlham Əliyevin nüfuzunun onlardan qat-qat yüksək olduğunu və rəqibsiz olduğunu sözlərinə əlavə edib. “Virtualaz.org”a danışan S.Sadıqov Milli Şuranın yaradılması və Şuranın sədri Rüstəm İbrahimbəyovun şansları barədə fikirlərini bölüşüb: “Sağlam, konstruktiv müxalifət bütün ölkələr tərəfindən qəbul olunur. Milli Şuranın namizədi kimi Rüstəm İbrahimbəyov həqiqətən güclü rəqibdir”. Qeyd edək ki, Rusiyanın müəyyən dairələri tərəfindən idarə olunduğu şübhə doğurmayan S.Sadıqovun bu fikirləri, elə həmin dairələrin R.İbrahimbəyovu da idarə etdiyinə əlavə bir sübutdur. Belə ki, ümumi bir mərkəzdən komanda alıb, eyni tipli bəyanatlarla çıxış edən S.Sadıqov və R.İbrahimbəyovun Rusiyada bəzi anti-Azərbaycan dairələri tərəfindən idarə olunması barədə mətbuatda çoxlu sayda məlumatlar gedib. YAP icra-katibinin müavini, millət vəkiliMübariz Qurbanlıda bir neçə dəfə müsahibələrində Azərbaycana qarşı hər hansı bir dövlətin yox, bəzi dövlətlərdə fəaliyyət göstərən ayrı-ayrı anti-Azərbaycan dairələrinin mövcud olduğunu deyib.