‘Söyün Sadıqov bazar, kababçılıq və sair belə işlərlə məşğul ola bilir’ - Siyavuş Novruzov

SİYASƏT
16:06 28.06.2013
2122

“Söyün Sadıqov sırf bazar adamıdır. Ona görə də hansısa ciddi siyasi təhlilə, siyasi struktura malik olmayan insandır. Sadəcə bazar, kababçılıq və sair belə işlərlə məşğul ola bilir”. APA-nın məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputatSiyavuş Novruzov"Azerros"un keçmiş prezidenti, Rusiya Milli Birlik Partiyasının təsisçisi Söyün Sadıqovun son günlər Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Rusiyanın adından verdiyi bəyanatlara münasibət bildirərkən deyib. O qeyd edib ki, ümumiyyətlə Söyün Sadıqovun bu kimi şərhləri çox savadsız üslubdadır: “Onun əsas marağı ondan ibarətdir ki, ara qarışdırsın. Özü hərdənbir gedir Gürcüstana, orada da aranı qarışdırmaq istəyir. O, bir sözlə, Rusiya hakimiyyətinə yarınmaq istəyir ki, öz biznes şəbəkəsini genişləndirsin, biznesinin toxunulmazlığı üçün hansısa bir dəstək əldə etsin”. S. Novruzov deyib ki, S. Sadıqov Azərbaycan vətəndaşı deyil və bir dəfə də olsun ölkəmizdə olmayıb: “Buna görə də o Azərbaycan haqqında nə düşünə bilər və nə danışa bilər? Onun yalnız ətrafında olan 5-6 bazar adamının arasında hörməti ola bilər. O nə Azərbaycanda, nə də Gürcüstanda hansısa bir hörmətə layiq olan adam deyil”.

OXŞAR XƏBƏRLƏR