'Söyün Sadıqov Dağlıq Qarabağın azərbaycanlı icması adından ermənilərlə danışıqlar apara bilməz'

15:29 21.02.2013
807
“Dağlıq Qarabağın azərbaycanlı icmasının iştirakı olmadan Dağlıq Qarabağla bağlı danışıqlar aparmaq olmaz”.Bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov jurnalistlərə açıqlamasında deyib.

“AzərRos”un fəxri prezidenti Söyün Sadıqovun erməni icması ilə görüş keçirəcəyi barədə suallara cavabında deyib.

“Dağlıq Qarabağ münaqişəsi üzrə rəsmi danışıqları Azərbaycan prezidenti aparır. Ermənilərlə danışıqlarda isə Dağlıq Qarabağda əvvəllər yaşayan və ora qayıdacaq insanlar iştirak edə bilər. Söyün Sadıqov bunu edə bilməz. Azərbaycanlı icması hər zaman erməni icması ilə görüşə hazırdır.

Azərbaycanda azsaylı xalqlar çoxdur. Azərbaycan prezidenti tərəfindən bütün xalqlara diqqət, qayğı var. Dağlıq Qarabağda 1993-cü ilədək yaşayan insanlar Azərbaycan bayrağı altına keçib, Konstitusiyamızı qəbul edib yaşamalıdırlar. O zaman bir yerdə yaşamaq olar”, - deyə B. Səfərov bildirib.//APA

OXŞAR XƏBƏRLƏR