'Söz vermişdim ki, bir az böyüyüm ... ' - FOTOLAR

MAQAZİN
09:38 27.02.2013
3029

Lirik melodiya üzərində yazılan və əksəriyyət müğənninin repertuarından eşidilən “Əziz dost” mahnısına yeni nəfəs veriləcək. AZXEBER.COM-un məlumatına görə, müğənni İlahə İbadovanın mahnıya müraciəti uzun illərə söykənir. Amma daxilindəki nisgili ona bu nəğməni göz yaşları içində səsləndirməyə vadar edib. Səntçi nəhayət, mahını lentə yazdırmağa qərar verib və onu geniş publika ilə bölüşəcək. Onu kövrəldən səbəb isə əzizinin itgisidir:

“Dayım bu mahnını bəlkə də, canından çox sevərdi. Söz vermişdim ki, bir az böyüyüm mahnını onun üçün yazdıracam. Cavan idi. Onu günahsız öldü. Hadisə dayımın toyuna 4 gün qalmış baş verdi. Bu itgi bütün bir nəsilə dağ oldu. Mahnını uzun zamandan sonra hazırlayıram. Həmin nisgil ifamda yəqin ki, özünü göstərəcək” – deyən İlahə repertuarını şən mahnılara da kökləyir. Öyrəndik ki, sənətçi Ruslan Səfəroğluya məxsus yeni mahnı hazırlayır. Bu günlərdə Türkiyədə aranjeman olunub gələn mahnı studiyada lentə yazılır.

İlahənin yenilikləri repertuar üzərində bitmir. Müğənni konsert layihəsinin həllinə çalışır. Bunda başqa onun həmkarları ilə işbirliyi də olacaq.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR