Sözünü tutmayan dörd bürc

Sözünü tutmayan dörd bürc
MARAQLI
01:19 24.07.2026
125
Bəzi insanların asanlıqla söz verdiyi, lakin sonradan verdiyi vədləri yerinə yetirməkdə çətinlik çəkdiyi iddia edilir. Buna səbəb dəyişən planlar, qərarsızlıq və ya unutqanlıq ola bilər.

AZXEBER.COM Demokrat.az-a istinadən bildirir ki, sözünü tutmaqda daha çox çətinlik çəkdiyi deyilən 4 bürc belə sıralanıb:

Əkizlər

Əkizlər bürcünün söz verərkən səmimi olduğu, həmin anda vədini yerinə yetirəcəyinə inandığı bildirilir. Lakin tez-tez dəyişən fikirləri, yeni planlar və gözlənilməz təkliflər verdiyi sözü ikinci plana keçirə bilər. Bu bürcün nümayəndələrinin bəzən verdikləri sözü unutduqları və xatırladıldıqda təəccübləndikləri qeyd olunur.

Tərəzi

Tərəzi bürcünün əsas xüsusiyyətlərindən birinin hər kəsi məmnun etmək istəyi olduğu vurğulanır. Bu səbəbdən bəzən eyni vaxta bir neçə plana razılıq verə və seçim etməkdə çətinlik çəkə bilər. Qərarsızlıq isə verilən vədlərin yerinə
yetirilməsinə mane ola bilər.

Oxatan

Oxatan bürcünün macəra və yeniliklərə açıq olması səbəbilə planlarını tez dəyişə bildiyi iddia edilir. O, kömək etmək üçün tez razılıq versə də, sonradan ortaya çıxan yeni imkanlar və fərqli planlar verdiyi sözə təsir göstərə bilər.

Balıq

Balıq bürcünün isə daha çox hər kəsə kömək etməyə çalışdığı üçün çətin vəziyyətə düşdüyü bildirilir. Kimisə incitməmək üçün üzərinə çox məsuliyyət götürən bu bürcün nümayəndələri bəzən bütün öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkə bilər.
OXŞAR XƏBƏRLƏR