Türkiyə yenə qana boyandı

İDMAN
06:56 08.05.2011
1808

  Dünən  bu komandalar arasında Bursada baş tutmalı olan oyundan öncə böyük olaylar yaşanıb.

Belə ki, qarşılaşmadaq əvvəl Bursadakı Atatürk stadionunun qarşısına toplaşan yerli fanatlar "Beşiktaş" tərəfdarlarının oyuna gəlməsini istəmədiklərini bildiriblər və polislə qarşıdurma yaradıblar. Polisin "Beşiktaş"lı futbolçular və azarkeşlərin keçidi üçün təhlükəsizlik karidoru yaratmasına qarşı çıxan fanatlar əllərindəki daş və şüşələrlə hücuma keçiblər. Polis bibər qazından istifadə etməklə onları qovmağa çalışıb. Əllərinə dəyənək, daş və digər alətlər götürən minə yaxın azarkeş stadion qarşısında dayanaraq, polisin təhlükəsizliyi təmin etməsinə imkan verməyib. Polis və azarkeşlər arasında yaralananlar var.
Olaya dərhal reaksiya verən Türkiyə Futbol Federasiyası bu gecə baş tutmalı olan "Bursaspor" - "Beşiktaş" matçını təxirə salıb.

Qeyd edək ki, artıq 7 il idi ki, "Beşiktaş" azarkeşlərinin komandanın Bursadakı səfər oyunlarına getməsi qadağan olunmuşdu. Bir neçə gün əvvəl qadağa qaldırılaraq, "Beşiktaş" tərəfdarlarına Bursa yolu açılmışdı.

/// fanat.az

 

OXŞAR XƏBƏRLƏR