Bu sırada qardaş Türkiyədə fəaliyyət göstərən media quruluşları da bu məsələdə fərqlənirlər.
Dünən və bu gün Türkiyə mediasının əsas xəbərlərindən biri də təmsilçimiz Nigarın qələbə qazandıqdan sonra səhnəyə əlində Türkiyənin bayrağını tutaraq, öpərək çıxmasıdır. Demək olar ki, bütün qəzetlər və televiziyalar dönə-dönə bu səhnəni görüntüləyirlər. Bir neçə telekanal isə hətta Eldarın səhnədə "bozqurd salamı" verdiyi anı tutub, hazıra tirajlamaqdadır.