Təzə doğulan uşağın qulağına azan oxumaq vacibdir?

MARAQLI
18:22 03.07.2011
1621

-Qız uşaqları nə vaxtdan namaz qılmağa başlamalıdırlar? 
- Qız və oğlan uşaqları yetkinlik yaşına çatdıqdan sonra dinin bütün vacib göstərişlərini yerinə yetirməlidirlər. Adətən qız uşaqları yetkinlik dövrünə 9-10 yaşlarından sonra çatırlar. Bunu da qeyd edək ki, yaşın hesablanması miladi təqvimi ilə deyil, qəməri (ay) təqvimi ilə aparılmalıdır.

-Azandan 15 dəqiqə sonra iqamədən əvvəl azan demək lazımdır?
-Azan səsini eşitdikdən sonra fərdi halda azan və iqamənin deyilməsi vacib deyil, lakin yaxşı olar ki, deyilsin. 

-Bir namazı azandan əvvəl qılmaq olar, yoxsa qəzaya saxlamalıyam? 
-Əsr namazını bir qədər ara verməklə zöhr namazından sonra qıla bilərsiniz. Bunun heç bir günahı yoxdur. Namazı bilərəkdən və şərait ola-ola qılmayıb qəzaya saxlamaq isə günahdır. 

-"Salavat" deyilərkən əli (və ya əlləri) üzə cəkməyin mənası nədir?
-Bunun heç bir zərurəti yoxdur, əllərinizi üzünüzə çəkə də bilərsiniz çəkməyə də.

-Məcburiyyət qarşısında içki məclisində oturmağın kəffarəsi var?
-Xeyr, bu kimi işlərin kəffarəsi olmur. Lakin içki məclislərində iştirak etmək haramdır.

-Təzə doğulan uşağın qulağına azan və iqamə oxumaq vacibdir? Əgər vacibdirsə, bunu uşaq dünyaya gəldikdən neçə gün sonra etmək lazımdır?
-Xeyir, bu əməl vacib deyil. Uşaq dünyaya gəldiyi gün oxunsa daha yaxşı olar. Lakin sonradan oxunsa da olar.

//Ans Press

 

OXŞAR XƏBƏRLƏR