Tacikistanın Vəhdat şəhərindəki həbsxanada qaçmaq cəhdi ilə başlayan üsyan zor tətbiq edilərək yatırılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, rəsmilərin bildirdiyinə görə, üsyanda beş məhbus həlak olub, üç həbsxana işçisi yaralanıb.
Ədliyyə Nazirliyi kustar üsulla hazırlanmış bıçaqlarla silahlanmış 9 məhbusun mühafizəçilərə hücum edərək həbsxanadan qaçmağa cəhd etdiyini açıqlayıb.
Hadisə yerindən görüntülərdə qan içində yatan məhbusların və İŞİD bayrağı daşıyan məhbusun görüntüləri diqqət çəkib.
Prokurorluq üsyanla bağlı təhqiqat başlandığını və əvvəllər də Tacikistanda oxşar hadisələrin baş verdiyi açıqlayıb.
Qeyd edək ki, 2019-cu ildəki analoji iğtişaşda 29 məhbus və 3 mühafizəçi öldürülmüş, hücumun arxasında yenə İŞİD-in olduğu iddia edilmişdi.
Mikayıl