Tacikistanda qar uçqunu nəticəsində 9 nəfər ölüb

Tacikistanda qar uçqunu nəticəsində 9 nəfər ölüb
DÜNYA
19:57 15.02.2023
197
Tacikistanın Dağlıq Bədəxşan vilayətində baş vermiş qar uçqunu nəticəsində 9 nəfər ölüb.

İtkin düşmüş daha bir neçə nəfərin axtarışları davam etdirilir. Xəsarət almış 12 nəfər şəhər xəstəxanasına yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qar uçqunu Xoroq şəhərində 22 yaşayış binasını uçurub, onlardan 4-ü tamamilə, 18-i isə qismən dağılıb.

Bundan başqa, Əfqanıstan konsulluğunun binasına da ziyan dəyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR