Tacikistanda qar uçqunu olub, ölənlər var

Tacikistanda qar uçqunu olub, ölənlər var
DÜNYA
23:06 26.02.2023
194

Tacikistanda Suqd rayonuna gedən Düşənbə-Çanak magistralında qar uçqunu nəticəsində 3 nəfər ölüb.

Bu barədə "Innovative Road Solutions” (IRS) tollinq şirkətinin yola qulluq göstərən Tacikistandakı filialı məlumat verib.

"Düşənbə-Çanak avtomobil yolunun 157-ci km-də (Şəhristan aşırımı) "Muso” markalı avtomobil qar uçqunu altında qalıb. Nəticədə 3 nəfər yerindəcə ölüb, bir sərnişin isə Şəhristan rayonunun xəstəxanasına yerləşdirilib”, - məlumatda deyilib./report

OXŞAR XƏBƏRLƏR