Tacikistandakı güclü zəlzələ nəticəsində üç yaşlı uşaq həlak olub

Tacikistandakı güclü zəlzələ nəticəsində üç yaşlı uşaq həlak olub
DÜNYA
17:01 13.04.2025
315
Tacikistanda baş vermiş güclü zəlzələ nəticəsində üç yaşlı uşaq həlak olub.

AZXEBER.COM xəbər verir ki, Oxu.Az bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Böhranlı Vəziyyətləri İdarəetmə Mərkəzinin məlumatına istinadla xəbər verir.

Bildirilir ki, Rəşt rayonunun kəndlərinin birində yaşayış evinin divarının uçması nəticəsində uşaq dağıntılar altında qalaraq həlak olub.

Qeyd edək ki, Tacikistan ərazisində gün ərzində iki zəlzələ baş verib. Birincisi 5.9, ikincisi isə 4.5 maqnitudalı olub.
OXŞAR XƏBƏRLƏR