Taciri toyda zəhərlədilər

Taciri toyda zəhərlədilər
MAQAZİN
11:41 01.10.2025
137
Müğənni Tacir Şahmalıoğlunu toyda zəhərləyiblər.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda müğənni özü məlumat verib.
 
O, "İncə səhər" verilişində qonaq olan zaman illər öncə toyda zəhərlənməsindən danışıb:
 
"Mənə çay gətirdilər. Çayı içdim, o dəqiqə hiss etdim ki, boğazım yanır, nəfəs ala bilmirəm. Səsim batdı və toydan çıxıb getdim. Qulağımın da biri kar oldu. 3-4 ay oxuya bilmədim. Düşündüm ki, bu son idi. Amma Allaha şükür ki, bir müddət sonra düzəldim. Kimin etdiyini heç vaxt bilə bilmədim".
 
Aysel
OXŞAR XƏBƏRLƏR