‘Taekvondo ilə məşğul olmuşam’ - Abdülhey

MAQAZİN
14:56 28.10.2013
1840

Türkiyənin fenomen serialına çevrilmiş "Kurtlar vadisi pusu"da Əbdülhey rolunu oynayan aktyorKenan Çobanyaşamı ilə bağlı ilk dəfə geniş açıqlamalar verib.

"Akşam" qəzetinin reportyoru ilə söhbətində aktyorun dediyinə görə, 11 ildən bəri serialda çox sərt xasiyyətli insan rolunu oynayır:

- Həyatda da Əbdülhey kimisiniz?

- Yox. Əslində belə deyiləm. Səmimi, gülərüz, deyib-gülməyi, zarafatı sevən insanam.

- 11 ildən bəri ekranlarda olan "Kurtlar vadisi"nin uğurunun sirri nədir?

- Ssenarinin güclü olması. Xalqımız ilk seriyadan bəri bizi tək qoymadı. İnsanlar yeni seriyanı maraqla gözləyirlər. "Kurtlar vadisi"nə 30-cu seriyadan qatıldım. Sanki 11 il keçməyib, hər seriyanı səbirsizliklə gözləyirəm.

- "Adam boğazlamadığım vaxtlarda kitab oxuyuram" demişdiniz.

- O sözlər mənə aid deyil. Kitab oxuduğum zaman fotomu çəkmişdilər. Kitab oxumağın, mütailənin önəmi barədə danışmışdım. Səhv anlayıblar.

- Çox sərt insan obrazını yaradıbsınız.

- Həyatda da elə olsam, qaşqabaqlı davransam, neçə insan mənə yaxın gələ bilər?! Serialdakı roluma görə zatən məndən çəkinirlər. Həyatda da elə olmaq istəmirəm. Ürəyimdəki sevgini insanlara vermək istəyirəm.

- 5 idman növü ilə məşğul olmağınız barədə deyilənlər doğrudurmu?

- Futbol oynamışam, taekvondo ilə məşğul olmuşam. At minirəm, avarçəkməyə vaxt ayırıram. "Off road"ı da sevirəm.

- Futbola sevginiz böyükdür?

- Atam futbolçu olmağımı istəyirdi. Mən də həvəskar səviyyədə futbolla məşğul oldum.

- Atanız aktyor olmağınıza qarşı çıxmışdı?

- Xeyr. Əvvəlcə pis baxırdı, amma sonra başqa ailə üzvlərim və qohumlarım təki, atam da işimə alışdı.

- Hisslərə əsaslanıb hərəkət edirsiniz, yoxsa məntiqlə?

- Özümə qapalı insanam, duyğularımı və hisslərimi bəlli etmərəm. Əslində ürəyim sevgi ilə doludur, təmizdir. Heç kim və heç nəyə əvvəlcədən pis baxmıram. Qarşımda pis insan olsa belə, özümü görməməzliyə vuraraq yardım etməyə çalışıram. Heç zaman qəlbimi məkr və paxıllıqla doldurmadım. Bununla fəxr edirəm. Yaradılanı Yaradandan ötrü sevərəm. Çünki insandır. İnşallah, bundan sonra da belə davam edəcək.

- Olmaya Mövlanə fəlsəfəsi sizə təsir edib?

- Gələn ilin yanvarında 39 yaşım tamam olacaq. Davranış və xasiyyətimdə hansısa pisliyin, mənfiliyin öhdəsindən gəlirəmsə, bəxtəvər insanam. Nöqsanı, pisliyi yalnız sevgi ilə aradan qaldırmaq olar. Sadəcə sevgini verəcəksən, qarşı tərəf də gec-tez o sevginin dəyərini anlayacaq. Axı insanların qəlbini qırmağa nə ehtiyac var?

Milli.az

OXŞAR XƏBƏRLƏR