Taha Duymazın kompüterindən çıxan qeyd hər kəsi kövrəltdi - FOTO

Taha Duymazın kompüterindən çıxan qeyd hər kəsi kövrəltdi - FOTO
DÜNYA
12:47 06.03.2023
230
Hatayda kənd evində kiçik mətbəxində hazırladığı yeməklərlə diqqət çəkən və fenomenə çevrilən Taha Duymaz Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Hatayda dağıntılar altında qalaraq vəfat edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Taha Duymazın ölümündən sonra bacısı onun kompüterindən bir not tapıb.

Semiha Duymaz qardaşını yeni paylaşımla yad edib.

Taha Duymazın qeydlərində belə yazılıb:

"Həyatdakı məqsədlərim: 

1.Təhsilimi başa vuracağam.
2. Ailəmə yaxşı həyat bəxş etmək üçün çox çalışacağam.
3. Mən aşpaz olacağam.
4. Nə olursa olsun həmişə yaxşı, dürüst insan olmağa çalışacağam”.

Qeyd edək ki, fevralın 6-da Hatayda baş verən zəlzələ zamanı Taha Duymaz və bacısı Mələk Duymaz dağıntılar altında qalaraq vəfat edib.

Ayşən
 

 


 

OXŞAR XƏBƏRLƏR